Banqladeşdə musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində 44 nəfərin həyatını itirdiyi bildirilib.
Banqladeş mətbuatı Fəlakət İdarəetmə və Yardım Nazirliyinin bəyanatını paylaşıb. Bəyanatda Khagrachhari, Rangamati, Bandarban, Cox's Bazar, Chattogram, Moulvibazar və Habiganj daxil olmaqla 7 bölgədə çox sayda yaşayış məntəqəsinin su altında qaldığı qeyd edilib. Musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində 44 nəfərin həyatını itirdiyi və 39 nəfərin yaralandığı bildirilərək, "Fəlakətdən ümumilikdə 1 milyon 22 min 963 nəfər təsirlənib" deyilib.