Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Odessa şəhərində və Odessa bölgəsində hərbi məqsədlərlə istifadə olunan limanlara hücum etdiklərini bildirdi.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Ukraynanın Odessa şəhəri və bölgəsində hərbi məqsədlərlə istifadə olunan limanlara havadan uzun mənzilli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi, hücum zamanı Odessa və Çornomorsk limanlarının vurulduğu qeyd edildi. Açıqlamada, sözügedən limanların hərbi materialların daşınması və yanacağın saxlanması üçün istifadə edildiyi bildirildi. Çornomorsk Limanında Ukrayna ordusu üçün quru yük daşıyan 2 gəmi və dəniz bərəsi ilə patrul qayığının da vurulduğu bildirildi.