Qətərdə 4 günlük matəm elan edildi
Keçmiş Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı səbəbilə ölkə üzrə 4 günlük rəsmi matəm elan edildiyi bildirildi.

Qətər Əmirlik Divanından verilən açıqlamada, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin atası Şeyx Həməd bin Xəlifə Al Saninin (74) səhər saatlarında vəfat etdiyi bildirildi. Açıqlamada, Al Saninin vəfatı səbəbilə ölkə üzrə 4 günlük rəsmi matəm elan edildiyi qeyd edildi. Matəm müddətinin bu gündən etibarən başladığı qeyd olunan açıqlamada, sabahdan etibarən nazirliklər, dövlət qurumları və təşkilatlarında işlərin dayandırılacağı, işçilərin 19 iyul bazar günü vəzifələrinə dönəcəyi və matəm müddətində Qətər üzrə bütün bayraqların yarıya endiriləcəyi bildirildi.