ABŞ Mərkəzi Qüvvələr Komandanlığı, Hürmüz Boğazının beynəlxalq su yolundan qanuni olaraq keçmək istəyən bütün gəmilərə açıq olduğunu bildirdi.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabından edilən açıqlamada, "Hürmüz Boğazı, beynəlxalq su yolundan qanuni olaraq keçmək istəyən bütün gəmilərə açıqdır. ABŞ ordusu, İranın haqsız təcavüzünə, təzyiqlərinə, təhdidlərinə və özbaşına bəyanatlarına baxmayaraq, naviqasiya azadlığını təmin etmək məqsədilə yerləşdirilmiş və hazırdır. Boğaz İranın nəzarətində deyil. Trafik axını davam edir" ifadələri istifadə edildi.