İndoneziyanın Orta Sulavesi əyalətində baş verən 5.1 bal gücündə zəlzələdə 1 nəfər həyatını itirdi.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi, Orta Sulavesi əyalətində 5.1 bal gücündə zəlzələ baş verdiyini elan etdi. Zəlzələnin evlərə və ictimai binalara ziyan vurması səbəbindən bölgə sakinlərinə təxliyə xəbərdarlığı edildiyi bildirildi. Təxliyə zamanı xəstəxanada müalicə alan bir xəstənin həyatını itirdiyi bildirildi.