Papua Yeni Qvineyada 6.4 bal gücündə zəlzələ
Papua Yeni Qvineya sahillərində 6.4 bal gücündə zəlzələ baş verdiyi bildirilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS), Papua Yeni Qvineyada mərkəzi Lorengau şəhərinin 191 kilometr cənub-şərqində olan 6.4 bal gücündə təkan qeydə alındığını açıqladı. Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələdə hər hansı bir insan və ya əmlak itkisi bildirilməyib.