Avropada həddindən artıq istilər səbəbindən 10 mindən çox insan həyatını itirdi
Avropada iyun ayının sonunda təsirli olan isti hava dalğası zamanı gözləniləndən 10 min 651 artıq ölümün qeydə alındığı bildirilib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən dəstəklənən Avropa Ölüm Monitorinq Şəbəkəsi (EuroMOMO), 22-28 iyun həftəsi üçün ölüm məlumatlarını yayımladı. Buna görə, sözügedən dövrdə Avropa ölkələrində gözlənilən səviyyədən 10 min 651 artıq ölüm qeydə alınıb. Bunların 9 mindən çoxunu 65 yaş və yuxarı şəxslərin təşkil etdiyi bildirilib.