ABŞ Prezidenti Donald Tramp, müzakirələrdən tamamilə imtina etmədiyini bildirərək, "İranla razılaşmaq hələ də mümkündür" dedi.
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırdı. İranla bağlı açıqlama verən Tramp, “Çox böyük miqdarda sursatımız var. İllərdir sahib olmadığımız səviyyələrə çatdıq və onları çox ağır şəkildə vururuq və bu davam edəcək” ifadələrini işlətdi.
Tramp, İrana qarşı dəniz blokadasını yenidən tətbiq etdiklərini deyərək, “Blokadanı yenidən işə salırıq. Bu blokada yalnız İran üçün keçərlidir. İranla iş görənlər keçə bilməyəcək, digər hər kəs keçə biləcək” dedi.
Müzakirələrdən tamamilə imtina etmədiyini qeyd edən Tramp, “Bir razılaşmanın hələ də mümkün olduğunu düşünürəm. İranın hərbi potensialına ciddi zərər verdik. İran donanmasını bir ay ərzində təsirsiz hala gətirdik, hava qüvvələri artıq faktiki olaraq yoxdur, raket istehsal potensialının 89%-ni və pilotsuz uçuş aparatı istehsal potensialının isə 92%-ni məhv etdik” açıqlamasını verdi.
Tramp, ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyətlərinə dair, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Küveyt kimi müttəfiqlərini qoruduqlarını bildirdi. Tramp, “Bu qorumanın maliyyəti sözügedən ölkələr tərəfindən qarşılanmalıdır. Dünyanın çox zəngin bir bölgəsini qoruyuruq. Bunun qarşılığında bizə ödəniş edilməsini istəyirəm” qiymətləndirməsində bulundu.