Yəmən Prezidentlik Şurasının sədri Rəşad əl-Alimi, ölkəsinin hava məkanının pozulmasına icazə verməyəcəklərini bildirdi.
Yəmən Prezidentlik Şurasının sədri Rəşad əl-Alimi, İran təyyarəsinin Husilərin nəzarətində olan paytaxt Sənadakı Səna Beynəlxalq Hava Limanına eniş etmə cəhdinə dair açıqlama yayımladı. Alimi, dost və vasitəçi səylərə baxmayaraq, İranın Səna Hava Limanına qanunsuz yeni uçuşunu qəbul etmədiklərini vurğulayaraq, “İrana məxsus təyyarənin Səna Hava Limanına enməsi, Yəmən Respublikasının suverenliyinin pozulması olduğu kimi dövlət qurumlarını da kiçik görməkdir. Bu cəhd həmçinin, Yəməni daha çox gərginlikdən qoruma səylərini rədd etməkdir” ifadələrini işlətdi.
Yəməndə qarşıdurmaların yayılmaması üçün zəruri təlimatlar verdiyini bildirən Alimi, “İranın öz maraqları üçün Yəməni və xalqını cəlb etməyə çalışdığı müharibələrdən qorumağı hədəfləyirik. Yəmən, heç bir təyyarənin nə Səna Hava Limanında, nə də başqa bir hava limanında hava məkanını pozmasına icazə verməyəcək. Ölkənin suverenliyini pozan və ya əraziləri, hava məkanı və hava limanları üzərindəki səlahiyyətini azaldan hər cür təzyiq cəhdini rədd edirik” açıqlamasında bulundu.