Putin: Ukraynanın hücumlarına eyni şəkildə cavab verəcəyik
Rusiyanın Prezidenti Vladimir Putin, "Ukraynanın Rusiya ərazisinə hücumlarına eyni şəkildə cavab verəcəyik" dedi.

Rusiyanın Prezidenti Vladimir Putinin, Rusiya Xalq Cəbhəsi Hərəkatı tərəfindən paytaxt Moskva şəhərində təşkil edilən xüsusi bir proqram və sərgidə iştirak etdiyi bildirildi. Putin burada Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarını hədəf almasına dair açıqlama verdi. Enerji sektorunun təməlini möhkəm olduğunu qeyd edən Putin, "Həmişə cavab verəcəyik. Cavabımız çox daha güclü olacaq. Düşmən bunu gələcəkdə daha çox hiss edəcək" ifadələrini işlətdi.

Putin, Qərb dünyasının bütövlükdə Rusiya ilə mübarizə içində olduğunu deyərək, bu təzyiqlərə baxmayaraq ölkə iqtisadiyyatını böyütməyə və Rusiya ordusunu müasir silahlarla yeniləməyə qətiyyətlə davam etdiklərini bildirdi.

Ukrayna ordusunun son dövrlərdə Rusiya içlərindəki neft emalı zavodları ilə yanacaq anbarlarını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumlarına da toxunan Putin, "Bizim cavabımız onlarınkından çox daha güclü və dağıdıcı olacaq. Düşmən bunu indi artıq hiss edir, gələcəkdə isə çox daha çox hiss edəcək. Rusiyanın enerji sektorunun təməli son dərəcə möhkəm və çox güclüdür. Onlar bizə neft məhsulları ilə bağlı bəzi kiçik problemlər yarada bilərlər, lakin bu vəziyyətin zamanla tamamilə düzələcəyini düşünürəm" deyə danışdı.