Konqo Demokratik Respublikasında Ebola epidemiyasında təsdiqlənmiş yoluxma sayı 1926-ya, həyatını itirənlərin sayı isə 702-yə çatdı.
Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Nazirliyindən verilən açıqlamada, epidemiyanın Haut-Uele, Ituri, Şimali Kivu, Cənubi Kivu və Tshopo olmaqla 5 vilayətə yayıldığı bildirildi. Açıqlamada, Ebola epidemiyasında yoluxma sayının 1926-ya, izolyasiya və xəstəxanalarda müalicə olunan xəstə sayının 753-ə, sağalanların sayının 318-ə, həyatını itirənlərin sayının isə 702-yə yüksəldiyi qeyd edildi.