Trampdan İrana təhdid: Danışıqlar olmazsa enerji stansiyalarını və körpüləri vuracağıq
ABŞ Prezidenti Donald Tramp, Tehran rəhbərliyinin masaya oturmaması halında, İranın enerji stansiyalarını və körpülərini hədəf alacaq şəkildə hücumları genişlədəcəklərini açıqladı.
Checkout
#053322

ABŞ Prezidenti Donald Tramp, bir Amerika xəbər kanalına verdiyi müsahibədə İrana qarşı təşkil edilən hücumlarla bağlı açıqlamalar verdi. Tehran danışıqları qəbul etməzsə hücumların şiddətlənəcəyini bildirən Tramp, “Gələn həftə onlar üçün həqiqətən çox pis olacaq, çünki növbə enerji stansiyalarına gələcək. Gələn həftə növbə körpülərə gələcək. Masaya oturub danışıqlar aparmadıqları müddətcə bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik” ifadələrini işlətdi.
ABŞ-ın ard-arda təşkil etdiyi hücumların ardından İran ordusunun gücünün 'çox aşağı səviyyəyə endiyini' irəli sürən Tramp, sözügedən əməliyyatların özü 'bəsdir' deyənə qədər davam edəcəyini vurğuladı.
ABŞ-lı nümayəndələrin son günlərdə İranlı rəsmilərlə təmasda olduğunu da bildirən Tramp, İran tərəfinə çatdırılan mesaja dair suala, “Bir anlaşma etsəniz yaxşı olar. Yoxsa əlinizdə heç bir şey qalmayacaq” cavabını verdi.