CENTCOM-dan İrana yeni hava hücumu dalğası: Onlarla hərbi hədəf vuruldu
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), Hörmüz Boğazı yaxınlığında və İranın sahil bölgələrində yerləşən onlarla hərbi hədəfə qarşı yeni hava əməliyyatı keçirildiyini elan etdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabından verilən açıqlamada, Bakı vaxtı ilə saat 05:00-da İrana qarşı əlavə hücum dalğasının tamamlandığı bildirildi. Açıqlamaya görə, 7 saat davam edən əməliyyat çərçivəsində ABŞ döyüş təyyarələri, pilotsuz uçuş aparatları və dəniz elementləri dəqiq sursatlar istifadə edərək İrana məxsus raket və PUA obyektlərini, dəniz qüvvələri elementlərini və sahil müdafiə sistemlərini hədəf aldı.

Hücumların, ABŞ qüvvələrinin İran limanlarına və sahil bölgələrinə gedən və ya buradan hərəkət edən gəmilərə qarşı dəniz blokadasını yenidən başladığı gün baş verdiyi qeyd edildi. Açıqlamada, dəniz blokadasının saat 23:00-dan etibarən qüvvəyə mindiyi xatırladıldı.