Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasında yoluxma sayı 2 mini keçərkən, həyatını itirənlərin sayı 754-ə çatdı.
Konqo Demokratik Respublikasının səhiyyə rəsmiləri tərəfindən yayımlanan vəziyyət hesabatına görə, ölkədə təsdiqlənmiş Ebola epidemiyasında yoluxma sayı 2 min 11-ə yüksəldi. 15 mayda elan edilən epidemiyada bu günə qədər 754 nəfərin həyatını itirdiyi, 366 xəstənin isə sağaldığı bildirildi. Hesabatda, hal-hazırda 753 nəfərin izolyasiya altında saxlanıldığı qeyd edildi.
Epidemiyanın mərkəz nöqtəsi olan Ituri əyalətində yoluxma nisbətinin intensivliyini qoruduğu qeyd edildi. Haut-Uele əyalətində yeni yoluxmaların ortaya çıxmasının isə epidemiyanın coğrafi olaraq daha da yayıldığına işarə etdiyi bildirilərək, müşahidə, diaqnostika qabiliyyəti və əməliyyat hazırlığının dərhal gücləndirilməsi lazım olduğu vurğulandı.
Səhiyyə rəsmiləri tərəfindən epidemiyanın başladığı gündən bəri yoluxmalardakı sürətli artışla diqqət çəkən 'davamlı yoluxma' mərhələsində olmağa davam edildiyi bildirildi.