CENTCOM: İrana qarşı yeni hücum dalğası tamamlandı
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İrana qarşı başlanan yeni hücum dalğasının tamamlandığını; əməliyyat çərçivəsində komanda mərkəzləri, hava müdafiə obyektləri, raket və PUA qabiliyyətlərinin vurulduğunu bildirdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən verilən açıqlamada, İrana qarşı axşam saatlərində başlanan yeni hava hücum dalğasının Bakı vaxtı ilə 04:00-da sona çatdığı bildirildi. Açıqlamada, Hörmüz Boğazından keçən ticarət gəmilərində xidmət edən dənizçiləri təhdid etmə qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana məxsus komanda mərkəzləri, hava müdafiə obyektləri, raket və pilotsuz uçuş aparatı (PUA) sistemləri və sahil müşahidə obyektlərinin vurulduğu qeyd edildi.

CENTCOM, aralarında Bender Abbasın da yer aldığı çox sayda nöqtədəki hədəflərin dəqiq sursatlarla vurulduğunu bildirdi. Açıqlamada, Amerika qüvvələrinin eyni günün səhər saatlarında Böyük Tunb Adasında yerləşən sahil müdafiə və kruiz raket obyektlərini də 90 dəqiqə davam edən bir hücum dalğası ilə hədəf aldığı xatırladıldı.