CENTCOM: İrana qarşı son hücum dalğası tamamlandı
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İrana qarşı ardıcıl 7 gecə davam edən hücum dalğasının Bakı vaxtı ilə 04:30-da sona çatdığını bildirdi.

 

CENTCOM-dan verilən açıqlamada, ABŞ qüvvələrinin İrana qarşı son əməliyyatlarında müşahidə sahələrinin, hərbi logistika infrastrukturunun, yeraltı silah anbarlarının və dəniz elementlərinin hədəf alındığı qeyd edildi. Sözügedən hədəflərin vurulmasında döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və döyüş gəmiləri ilə yanaşı digər hərbi elementlərin də istifadə edildiyi bildirildi.