Rusiyada PUA hücumu: 7 ölü, 24 yaralı
Rusiyanın Tambov bölgəsindəki bir logistika mərkəzinə edilən PUA hücumunda 7 nəfərin həyatını itirdiyi, 24 nəfərin isə yaralandığı bildirildi.

Tambov Bölgəsinin Valisi Yevgeniy Pervişov, Ukrayna tərəfindən həyata keçirilən PUA hücumuna dair sosial media hesabından bir açıqlama yayımladı. Kotovsk şəhərindəki bir logistika mərkəzinin hədəf alındığını bildirən Pervişov, hücum nəticəsində gecə növbəsində çalışan 7 işçinin həyatını itirdiyini, 24 nəfərin də yaralandığını qeyd etdi.

Digər tərəfdən, hücumdan sonra logistika mərkəzinin anbarında çıxan yanğının söndürüldüyü və yanğınsöndürmə qruplarının bölgədəki işlərini davam etdirdiyi bildirildi.