İran lideri Müctəba Hamaney, ABŞ-ın anlaşmaları pozduğunu bildirərək, “ABŞ Prezidentinin imzası tamamilə dəyərsizdir. İran milləti və Müqavimət Cəbhəsi düşmənə unudulmaz dərslər hazırladı” dedi.
İran lideri Müctəba Hamaney, ABŞ-ın anlaşmaları pozduğunu bildirərək, “ABŞ Prezidentinin imzası tamamilə dəyərsizdir. İran milləti və Müqavimət Cəbhəsi düşmənə unudulmaz dərslər hazırladı” dedi.
İran lideri Müctəba Hamaneyin sosial media hesablarından ABŞ ilə imzalanan anlaşmaya dair mesaj paylaşıldı. Hamaney mesajında, “Böyük Şeytanın anlaşmanı təkrar pozması, ABŞ Prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğunu bir daha hər kəsə sübut etdi. Zorbalıq və vəhşilik ABŞ düşüncəsinin ayrılmaz hissəsidir” ifadələrini işlətdi.
İran xalqının, qanunverici, icraedici və məhkəmə hakimiyyəti başçılarına olan etibarını davam etdirəcəyini və milli maraqların qorunması üçün sahədə olmağa davam edəcəyini qeyd edən Hamaney, ölkədə birlik və bərabərliyin qorunmasının əhəmiyyətinə toxundu. Hamaney, "ABŞ, 'müharibə çığırtqanlığına' davam edərsə, İran və müqavimət cəbhəsinin unudulmaz dərslər verəcəyini bilməlidir. İran Silahlı Qüvvələrinin son günlərdə ortaya qoyduğu təşəbbüslər bunun nümunəsidir" açıqlamasında bulundu.