İran: Küveytdəki 2 ABŞ bazası PUA-larla hədəf alındı
İran ordusu, kamikadze PUA-larla Küveytdəki iki ABŞ bazasına hücum edildiyini bildirdi.

İran ordusundan verilən yazılı açıqlamada, kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Küveytdəki iki ABŞ bazasına hücum edildiyi bildirildi. Açıqlamada, ABŞ-ın hücumlarına cavab olaraq həyata keçirilən ‘16-cı dalğa əməliyyatı’ çərçivəsində Küveytdə ABŞ qüvvələrinin istifadə etdiyi Əl-Adiri Düşərgəsinə hücumlar edildiyi qeyd olundu. Kamikadze PUA-larla həyata keçirilən hücumlar çərçivəsində ABŞ ordusunun sursat anbarının hədəf alındığı bildirildi.

Açıqlamada, Əli əs-Səlim Hava Bazasındakı Patriot hava müdafiə sistemləri və hava radarının intensiv hücumlarla atəş altına alındığı da ifadə edildi.