Ukrayna: Rusiya 41 raket, 125 PUA ilə hava hücumu təşkil etdi
Ukrayna, Rusiya ordusunun ölkəyə 41 raket və 125 silahlı pilotsuz uçuş aparatı ilə hücum etdiyini bildirdi.

Ukrayna Ordusu Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə saatlarında fərqli tipdə 41 raket və 125 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə ölkəyə hücum təşkil etdiyi qeyd edildi. Açıqlamada, 18 raket və 108 PUA-nın zərərsizləşdirildiyi, hava hücumu təhlükəsinin davam etdiyi bildirildi.