Küveyt ordusu, İrandan atılan raket və kamikadze pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün hava müdafiə sistemlərinin işə salındığını bildirdi.
Küveyt ordusunun açıqlamasında İranın Küveyti raket və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığı qeyd edildi. İran tərəfindən atılan raket və kamikadze PUA-ların qarşısını almaq məqsədilə hava müdafiə sistemlərinin işə salındığı bildirilən açıqlamada, bölgə sakinlərindən səlahiyyətli orqanların təhlükəsizlik təlimatlarına əməl etmələri istəndi.