İran: ABŞ-ın nüvə enerji stansiyasını hədəf alması təhlükəli bir hücumdur
İranın Xarici İşlər nazirinin müavini Garibabadi, “ABŞ-ın tikilməkdə olan nüvə enerji stansiyasını hədəf alması İranın sülhpərvər infrastrukturuna yönəlik təhlükəli bir hücumdur” dedi.

İranın Xarici İşlər nazirinin müavini Kazım Garibabadi sosial media hesabından etdiyi açıqlamada, ABŞ-ın Darhovin Nüvə Stansiyasına yönəlik hücumuna reaksiya göstərdi. Ölkəsinin, Darhovin Nüvə Stansiyasına yönəlik hücumları qınadığını qeyd edən Garibabadi, “ABŞ-ın tikilməkdə olan Darhovin Nüvə Enerji Stansiyasını hədəf alması İranın sülhpərvər infrastrukturuna yönəlik təhlükəli bir hücumdur. ABŞ, qeyri-sabitliyin artması səbəbindən doğacaq bütün nəticələrdən məsuldur” ifadələrini işlətdi.