Guyana sahillərində 116 sərnişin daşıyan bərə aşdı
Guyanada 116 sərnişin daşıyan bərənin aşdığı bildirilib.

Guyana İctimai İşlər Naziri Juan Edghill sosial media hesabında paylaşım edərək, yerli vaxtla saat 23:00 radələrində təcili vəziyyət siqnalı alındıqdan sonra bərə heyəti və 116 sərnişin üçün axtarış-xilasetmə işlərinin başladıldığını bildirdi. Guyana Baş naziri Mark Phillips isə indiyə qədər 53 nəfərin xilas edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd etdi.