Küveyt: İranın raket və PUA hücumları mülki obyektlərdə böyük ziyana səbəb oldu
Küveyt Müdafiə Nazirliyi ordunun hava məkanında İrana məxsus ballistik raketlər və pilotsuz uçuş aparatlarını aşkar etdiyini və müdaxilə edildiyini bildirdi.
Checkout
#053632

Küveyt Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Saud əl-Atvan yazılı açıqlamasında Küveyt Silahlı Qüvvələrinin dünən sübh vaxtından etibarən hava məkanında İrana məxsus ballistik raketlər və pilotsuz uçuş aparatlarını (PUA) aşkar etdiyini və müdaxilə edildiyini bildirdi. İranın mülki və kritik infrastrukturları hədəf alan hücumlarının davam etdiyini qeyd edən Atvan, “Hücumlar Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinə bağlı obyektləri də vurdu. Hücumlar nəticəsində yanğınlar çıxdı, nazirliyə məxsus bir çox həyati obyektlərdə böyük miqyasda ziyan meydana gəldi” ifadələrini işlətdi.