Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın Moskva bölgəsinə hücum etdiklərini bildirdi.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında etdiyi açıqlamada, Ukrayna sərhədindən təxminən 400 kilometr uzaqlıqda, Moskva bölgəsindəki bəzi hədəflərə hücum etdiklərini qeyd etdi. Zelenski, hücumda bölgədəki bəzi logistika obyektləri və bir neft anbarının Ukrayna ordusu və təhlükəsizlik qüvvələri tərəfindən hədəf alındığını bildirərək, Rusiyaya təzyiqin artırılması ilə müharibənin sona çatdırılmasının mümkün olduğunu ifadə etdi. Zelenski, “Qara dənizdə Rus kölgə donanmasına aid 2 tanker və 4 quru yük gəmisi vuruldu. Şəhərlərimizə və xalqımıza qarşı hər bir Rusiya hücumuna ədalətli şəkildə cavab veririk” ifadələrini işlətdi.