İran: Bəhreyn və Küveytdəki ABŞ bazalarını hədəf aldıq
İran İnqilab Keşikçiləri Bəhreyn və Küveytdəki ABŞ hərbi hədəflərinə raket və PUA hücumları həyata keçirdiyini bildirdi.

İran İnqilab Keşikçiləri Korpusu, 'Nasr 2' Əməliyyatının 24-cü dalğası çərçivəsində Bəhreyn və Küveytdəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatı (PUA) hücumları həyata keçirdiyini açıqladı. Açıqlamada, Bəhreynin Əl-Muharrak bölgəsindəki bir ABŞ radarı ilə bir hava müdafiə sisteminin və Ər-Rifa bölgəsindəki Patriot hava müdafiə sisteminin raket və PUA hücumu ilə vurularaq məhv edildiyi bildirildi. Həmçinin Küveytdə ABŞ-a məxsus uzun mənzilli bir radar sahəsi, rabitə mərkəzi, peyk rabitə sistemləri ilə Əli Əl-Salim Bazasındakı 'MQ-9' PUA-ların yerləşdiyi anqarın hədəf alındığı və çox sayda PUA-nın məhv edildiyi və ya ağır zərər gördüyü iddia edildi. Həmçinin, yenə Küveytdəki Əhməd əl-Cabir Bazasındakı erkən xəbərdarlıq radarı, raket müdafiə radarı, 'FPS-117' radarı, Patriot hava müdafiə sistemi və peyk rabitə sistemlərinin vurularaq məhv edildiyi bildirildi.