Bəhreyn ordusu, İran tərəfindən təşkil olunan hücumların dəf edildiyini açıqladı.
Bəhreyn ordusunun açıqlamasında, İranın Bəhreyndə mülki şəxsləri hədəf alan hücumlarla sistematik şəkildə düşməncəsinə yanaşmasını davam etdirdiyi bildirildi. Açıqlamada, "Bəhreyn hava müdafiə sistemləri İrandan təşkil olunan çox sayda hücumu dəf etdi və atılan sursatlara müdaxilə edərək onları məhv etdi" ifadələri istifadə olundu.
Ordunun ən yüksək hazırlıq səviyyəsində olduğu vurğulanan açıqlamada, ictimaiyyətə İran hücumlarından qalan şübhəli əşyalara yaxınlaşmama və bu əşyaları səlahiyyətlilərə bildirmə çağırışı edildi. Açıqlamada, "Mülki şəxsləri və xüsusi mülkləri hədəf almaq üçün raketlər və pilotsuz uçuş aparatlarının istifadəsi beynəlxalq humanitar hüququ pozur" deyildi.