Konqo Demokratik Respublikasında Ebola epidemiyasında yoluxma sayı 2 min 400-ü keçdi
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasında yoluxma sayı 2 min 423-ə yüksəlib, həyatını itirənlərin sayı isə 967-yə çatıb.

Konqo Demokratik Respublikasının səhiyyə rəsmiləri tərəfindən yayımlanan vəziyyət hesabatına görə, ölkədə təsdiqlənmiş Ebola epidemiyasında yoluxma sayı 2 min 423-ə yüksəlib. 15 Mayda elan edilən epidemiyada indiyədək 967 nəfərin həyatını itirdiyi, 469 xəstənin isə sağaldığı bildirilib. Hesabatda, hazırda 734 nəfərin izolyasiya altında saxlanıldığı qeyd edilib.