Venesuela Səhiyyə Nazirliyi, ölkənin şərq bölgəsində hantavirus aşkar edilən 3 nəfərin həyatını itirdiyini açıqladı.
Venesuela Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin şərqindəki Anzoategui əyalətində 3 nəfərin hantavirus səbəbindən həyatını itirdiyi təsdiqləndiyi bildirildi. Nazirlik, ölkənin qərbindəki Barinas əyalətində çalışan 2 səhiyyə işçisinin də hələ müəyyən edilməmiş səbəblərlə həyatını itirdiyini açıqladı. Barinasdakı ölümlərlə Anzoateguidə təsdiqlənən hantavirus halları arasında hər hansı bir əlaqənin olmadığı, iki hadisənin bir-birindən müstəqil olduğu qeyd edildi.