Fransa parlamenti, 15 yaşdan kiçik uşaqların sosial media istifadəsini qadağan edən qanun layihəsini qəbul etdi.
Fransa parlamenti, yetkinlik yaşına çatmayanları sosial media istifadəsinin yaratdığı risklərdən qorumağı məqsəd edən qanun layihəsini təsdiqlədi. Qəbul edilən layihə çərçivəsində, 15 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinin qarşısının alınması və uşaqların narahat edici və ya zərərli məzmundan qorunması hədəflənir. Müvafiq müddəaların bu il 1 sentyabr tarixindən etibarən qüvvəyə minməsi nəzərdə tutulur, hal-hazırda hesabı olan 15 yaşdan kiçik istifadəçilərə isə hesablarını bağlamaları və ya yaş təsdiqləmə proseslərini tamamlamaları üçün 1 yanvar 2027 tarixinə qədər keçid müddəti veriləcək.
Qadağanın əhatə etdiyi sosial media tətbiqləri arasında Instagram, TikTok, Facebook və Snapchat ilə yanaşı; istifadəçilərin qarşılıqlı əlaqəyə girməsinə, məzmunları hər kəsə açıq şəkildə yaymasına və ya istifadəçi icmalarına qoşulmasına imkan verən digər platformalar da yer alır. Wikipedia kimi onlayn ensiklopediyalar və təhsil və ya elm yönümlü mənbə platformaları isə bu məhdudiyyətin xaricində saxlanılıb.
Bu addımla birlikdə Fransa, sosial media istifadəsinə yaş tənzimləməsi gətirən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olaraq qeydə alındı.