İran Səhiyyə Nazirliyi, ABŞ-ın 27 iyundan etibarən təşkil etdiyi hava hücumlarında 53 nəfərin öldüyünü bildirdi.
İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin rəhbəri Hüseyn Kermanpur sosial media hesabında etdiyi açıqlamada, ABŞ-ın 27 iyundan etibarən təşkil etdiyi hava hücumlarında 53 nəfərin həyatını itirdiyini, 592 nəfərin yaralandığını bildirdi. Kermanpur, yaralılardan 36-nın müalicəsinin xəstəxanada davam etdiyini, digər yaralıların isə evə buraxıldıqlarını qeyd etdi.