ŞKTC-də həddindən artıq istilər səbəbindən günəş altında işləmək qadağan edildi
Şimali Kipr Türk Cümhuriyyəti Əmək və Sosial Müdafiə Nazirliyi açıq havada və birbaşa günəş altında işləməyi müvəqqəti olaraq qadağan etdi.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Əmək və Sosial Müdafiə Naziri Oğuzhan Hasipoğlu, işçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə bu gün qəbul edilən qərara əsasən, 1 Avqust Şənbə gününə qədər 12:00-16:00 saatları arasında açıq havada və birbaşa günəş altında işləməyin qadağan edildiyini açıqladı. Hasipoğlu, qərarın ŞKTC Meteorologiya İdarəsinin temperatur proqnozları və iş sağlamlığı və təhlükəsizliyi çərçivəsində aparılan texniki qiymətləndirmələr əsasında qəbul edildiyini bildirərək, tətbiqin 22/1992 saylı Əmək Qanununun 36-cı maddəsi çərçivəsində qüvvəyə mindiyini ifadə etdi. Nazir Hasipoğlu, qərarın tətbiqinə dair yoxlamaların davam edəcəyini qeyd edərək, işəgötürənlərə və işçilərə qanuni tənzimləmələrə diqqətlə riayət etmə çağırışında bulundu.