Konqo Demokratik Respublikası və Uqandada təsirli olan Ebola epidemiyasında həyatını itirənlərin sayı 1001-ə yüksəldi.
Konqo Demokratik Respublikası (KDR) və Uqanda səhiyyə rəsmiləri tərəfindən yayımlanan son məlumatlara görə, Afrikada davam edən Ebola epidemiyasında ümumi ölüm sayı 1001-ə çatdı. KDR Səhiyyə Nazirliyinin yayımladığı vəziyyət hesabatında, ölkədə 2 min 473 təsdiqlənmiş Ebola hadisəsi aşkar edildiyi və 999 nəfərin həyatını itirdiyi bildirildi. Uqandada isə 2-si ölümlə nəticələnən 20 təsdiqlənmiş hadisə qeydə alınıb.
Digər tərəfdən KDR Səhiyyə Nazirliyi, 737 xəstənin izolyasiya altında saxlanıldığını, 482 nəfərin isə xəstəliyi keçərək sağaldığını açıqladı.