Tramp: İranlılar anlaşma etmək istəyir, amma hələ buna hazır deyillər
ABŞ Prezidenti Donald Tramp, “İranlılar anlaşma etmək istəyir, amma hələ buna hazır deyillər, tezliklə hazır olacaqlar” dedi.

ABŞ Prezidenti Donald Tramp Corciya ştatında Respublikaçı seçicilərlə görüşündə İrana dair açıqlamalar verdi. Tramp, İranın hücumlarında həyatını itirən ABŞ əsgərlərindən danışaraq, “Bu gün İranla qarşıdurmada həyatını itirən 4 qəhrəmanımızın cənazələrini təhvil aldıq. İranlılar anlaşma etmək istəyir, amma hələ buna hazır deyillər, tezliklə hazır olacaqlar” ifadələrini işlətdi.

Hürmüz Boğazındakı qarşıdurmalara da toxunan Tramp, “Hürmüz Boğazına ehtiyacımız yoxdur, amma gərək olanı etməliyik. İranın nüvə silahlarına sahib olmasına icazə verə bilmərik” deyə danışdı.