Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı, İrandan edilən hücumların qarşısının alındığını açıqladı.
Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığından verilən yazılı açıqlamada, 'İranın Bəhreyndəki mülki şəxsləri hədəf alan düşmən hücumlarını davam etdirdiyi' bildirildi. Hava müdafiə sistemlərinin çox sayda İran mənşəli raketi qarşılayaraq məhv etdiyi qeyd olunan açıqlamada, silahlı qüvvələrin bütün birlik və elementlərinin ölkəni müdafiə etmək məqsədilə ən yüksək hazırlıq səviyyəsində olduğu vurğulandı.