İran: 11 ABŞ döyüş təyyarəsini və 17 PUA-nı məhv etdik
İran İnqilab Keşikçiləri Korpusu, bölgədəki bazalarda 11 ABŞ döyüş təyyarəsini və 17 pilotsuz uçuş aparatını 15 günlük müddətdə məhv etdiklərini açıqladı.

İran İnqilab Keşikçiləri Korpusu sözçüsü Hüseyn Muhibbi, ölkə mediasına verdiyi açıqlamada, ABŞ ordusuna vurulan zərər barədə danışdı. Muhibbi, bölgədəki bazalarda ABŞ-a məxsus 8 yanacaq təchizatı təyyarəsi, 1 'F-15' döyüş təyyarəsi, 1 'C-17' nəqliyyat təyyarəsi, 1 'P-8' kəşfiyyat təyyarəsi və 17 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirdi. Muhibbi, '9 komanda və idarəetmə mərkəzi, 5 peyk rabitə sistemi, 6 Patriot hava müdafiə radarı, 3 hava və dəniz nəzarət-izləmə radarı, 8 kəşfiyyat və erkən xəbərdarlıq radarı, 7 hava raket müdafiə radarı, 5 EPS radarı (2-si uzun mənzilli), 5 uzun mənzilli radar, 2 hava müdafiə radarı, 1 taktiki radar kampusu, 6 raket anqarı, 17 silah anbarı, 12 yanacaq çəni, 3 logistika mərkəzi, 6 döyüş təyyarəsi təmir mərkəzi, 6 raket buraxılış platforması, 4 HIMARS raket platforması (idarə olunan raket sistemi), 1 yanacaq iskelesi, 1 pilotsuz dəniz vasitəsi anbarı, 1 kəşfiyyat məlumat mərkəzi, 4 döyüş təyyarəsi anqarı, 4 helikopter və 6 raket anbarı' hücumlarla birlikdə zərər verilən digər elementlər olduğunu qeyd etdi.

Muhibbi, ABŞ-ın əsgər itkilərinə dair isə ABŞ-ın itkilər barədə yalan söylədiyini iddia edərək, ən azı 200 ABŞ əsgərinin bu hücumlar zamanı həyatını itirdiyini, yaralı sayının da çox olduğunu bildirdi.