Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu sellərdə həyatını itirənlərin sayının 61-ə çatdığı bildirildi.
Hindistan mətbuatı, Assam Əyaləti Fəlakət İdarəetmə İdarəsinin (ASDMA) əyalətdəki güclü yağış və sellərə dair açıqlama verdiyini bildirdi. Açıqlamada, sellərdə 14 nəfərin daha həyatını itirdiyi və ölənlərin sayının 61-ə çatdığı qeyd edildi.