Fransanın cənub-qərbindəki iki vilayətdə yanğınlar səbəbindən 22 iyuldan etibarən təxminən 200 min nəfərin təxliyə edildiyi bildirilib.
Fransa mətbuatı, ölkənin cənub-qərbindəki Gironde və Landes vilayətlərində günlərdir davam edən yanğınların nəzarət altına alınmadığını bildirdi. Gironde-da baş verən yanğının Fransanın ən böyük yanğınlarından biri kimi qeydə alındığı və 22 iyuldan bəri davam edən yanğında 32 min 700 hektar ərazinin yandığı qeyd edildi. Yanğınlar səbəbindən təxliyə edilənlərin sayının 167 minə çatdığı və bunun təxminən 60 mininin əvvəlki gecə təxliyə edildiyi bildirildi. Rəsmilər, vilayətdəki Cap-Ferret istirahət məkanında da yanğın səbəbindən minlərlə insanın, Landesdəki yanğında isə 31 min insanın təxliyə edildiyini açıqladı.