Küveyt, İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiklərini bildirdi.
Küveytin Vaşinqtondakı səfiri Şeyxa Əz-Zeyn əs-Sabah ölkə mediasına verdiyi açıqlamada, Amerikan mətbuatında yer alan 'Küveytin İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyi' iddialarının əsassız olduğunu qeyd etdi. Sabah, Küveytin İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etmədiyini vurğulayaraq, "Küveyt ərazilərinin, hava məkanının və dəniz sularının hər hansı bir hücumda istifadə edilməsinə icazə vermədi" ifadələrini işlətdi.