Çində Noul Tayfunu səbəbindən 715 mindən çox insan təxliyə edildi
Çinin cənubundakı Guangdong əyalətində Noul Tayfunu səbəbindən 715 mindən çox insanın təxliyə edildiyi bildirildi.

Çin mətbuatı Noul Tayfununun Guangdong əyalətinə bağlı Huidong bölgəsinin sahillərinə zərbə vurduğunu bildirdi. Tayfunun yaratdığı mənfi hava şəraiti səbəbindən çox sayda qatar reysinin ləğv edildiyi və uçuşlarda da gecikmələrin yaşandığı qeyd edildi. Rəsmilər tayfuna qarşı fövqəladə vəziyyət müdaxilə səviyyəsinin yüksəldildiyini və 715 mindən çox insanın təxliyə edildiyini açıqladı.