Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, "Suriyanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət edilməlidir" dedi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş sosial media hesabından etdiyi paylaşımda, İsrailin 1974-cü il 'Qüvvələrin Ayrılması Anlaşması'nı pozmasının qəbul edilməz olduğunu bildirərək, bu pozuntuların dayandırılması çağırışında bulundu. Quterreş, "Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə tam olaraq hörmət edilməlidir" ifadələrini işlətdi.