İrandan Ukraynaya cavab: Hücum cavabsız qalmayacaq
İran Məclis Sədrinin müavini Əli Nikzad, Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunun cavabsız qalmayacağını bildirdi.

İran Məclis Sədrinin müavini Əli Nikzad, onlayn keçirilən Məclis iclasında, Ukraynanın Xəzər dənizində İrana məxsus bir gəmiyə hücumu ilə bağlı danışdı. Nikzad, hücumda bir dənizçinin həyatını itirdiyini bildirərək, “İran həmişə qanuni müdafiə hüququndan istifadə edəcəkdir. Ölkəmizə qarşı hücumların mənbəyi, silahlı qüvvələrimizin qanuni hədəfi olacaqdır. Ukraynanın düşüncəsiz hərəkəti cavabsız qalmayacaq” ifadələrini işlətdi.