Netanyahu: BMT Baş Assambleyası üçün ABŞ-a getməyi planlayıram
İsrail Baş naziri Binyamin Netanyahu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq həbs olunma narahatlığı olmadığını bildirərək, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üçün ABŞ-a getməyi planladığını bildirdi.

 

İsrail Baş naziri Binyamin Netanyahu, Amerika mətbuatına verdiyi açıqlamada, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına baxmayaraq, sentyabr ayında Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmağı planladığını söylədi. Netanyahu, “Heç nədən narahat deyiləm. Bunu mütləq etməyi planlayıram. Baş nazirliyim dövründə demək olar ki, hər il toplantılara qatıldım” dedi.

Tehran rəhbərliyinin devrilməsi və ya nüvə proqramına son verməsi halında İranla müharibənin tamamilə sona çatması lazım olduğunu bildirən Netanyahu, “Prezident Trampın nail olmağa çalışdığı şey, məhz budur və mən bunu tam dəstəkləyirəm. Onlar bir şəkildə nüvə proqramlarına son vermək məcburiyyətindədirlər. Razılaşma ilə və ya razılaşmasız, bu iş sona çatmaq məcburiyyətindədir” ifadələrini işlətdi.