Slovakiya Prezidenti Peter Pellegrini Çində
Slovakiya Prezidenti Peter Pellegrini Çinin paytaxtı Pekinə rəsmi səfər etdi.

Slovakiya Prezidenti Peter Pellegrini üç gün davam edəcək rəsmi səfər çərçivəsində Çinə getdi. Vəzifəyə gəldikdən sonra ilk dəfə Çini ziyarət edən Pellegrini, paytaxt Pekində Çin Prezidenti Şi Cinping ilə görüşəcək. İki lider regional və beynəlxalq məsələlərdə fikir mübadiləsi aparacaq.

Çin Xarici İşlər Nazirliyi tərəfindən səfərə dair edilən açıqlamada, Çinin Slovakiya ilə bu səfəri fürsət bilərək ənənəvi dostluğu və siyasi etimadı daha da dərinləşdirməyə, inkişaf strategiyalarının uyğunluğunu gücləndirməyə və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğu qeyd edildi.

Slovakiya Prezidenti Peter Pellegrini isə sosial media hesabından etdiyi paylaşımda, səfərinin iki ölkə arasındakı münasibətin əhəmiyyətini göstərdiyini bildirərək, “Prezident Şi Cinping, Baş nazir Li Qiang və Milli Xalq Konqresi Daimi Komitəsinin Sədri Zhao Leji ilə vacib görüşlər keçirməyi səbirsizliklə gözləyirəm. Bu təmaslar strateji əlaqələrimizi daha da gücləndirəcək və vacib məsələlərin müzakirəsinə töhfə verəcək. Bu dinamik dövrdə, gələcəyimiz üçün münasibətlərimizi gücləndirmək böyük əhəmiyyət daşıyır” ifadələrini işlətdi.