İran: ABŞ-ın müharibə və sülh vaxtını müəyyən etməsinə icazə vermədik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, “Heç vaxt ABŞ-ın müharibə və sülh vaxtını müəyyən etməsinə icazə vermədik və verməyəcəyik” dedi.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi, paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmə dair qiymətləndirmələr etdi. İranın lazım gəldikdə müdafiə, lazım gəldikdə isə diplomatiya vasitələrindən istifadə edəcəyini bildirən Bekayi, “Heç vaxt ABŞ-ın müharibə və sülh vaxtını müəyyən etməsinə icazə vermədik və verməyəcəyik” ifadələrini işlətdi.

Bekayi, Hörmüz Boğazı məsələsinə də toxunaraq, Omanlı heyətlə apardıqları görüşlə bağlı danışdı. Tehranda Hörmüz Boğazında gəmi keçidi tənzimləmələri ilə bağlı aparılan görüşlərin müsbət olduğunu bildirən Bekayi, “ABŞ-ın bu görüşlərlə bir əlaqəsi yoxdur. Hörmüz Boğazındakı vəziyyət dəyişməyib və boğaz hələ də gəmi trafikinə bağlıdır” açıqlamasında bulundu.