Pakistanda ölkə üzrə təsirli olan güclü yağışlar və daşqınlar səbəbindən son bir ayda 109 nəfər həyatını itirib.
Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatı ölkə üzrə davam edən musson yağışları və daşqınlarla bağlı açıqlama verib. Açıqlamada, 26 iyundan bəri güclü yağışlar və daşqınlar səbəbindən 109 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər, ölüm hallarının böyük hissəsinin ev və damların çökməsi nəticəsində baş verdiyini qeyd ediblər.