Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-ın Türkiyəyə F-35 satmasına qarşı çıxması ilə bağlı, “Heç kim mənə kimə nəyi satıb-satmamalı olduğumuzu deyə bilməz. Türkiyə böyük bir müttəfiqimizdir” dedi.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Miçiqana gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırdı. Tramp, İsrail Baş naziri Binyamin Netanyahunun Türkiyəyə F-35 döyüş təyyarələrinin satışına qarşı çıxdığını xatırladan bir müxbirin sualına cavab verdi. Tramp, “Türkiyə mənim üçün əla bir müttəfiq olub. Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostumdur. Heç kim mənə kimə nəyi satıb-satmamalı olduğumuzu deyə bilməz. Türkiyə böyük bir müttəfiqimizdir” ifadələrini işlətdi.

Türkiyə ilə İsrail arasındakı problemlərin hər kəs tərəfindən bilindiyini deyən Tramp, Ankaraya səfərinin çox yaxşı keçdiyini qeyd etdi. Tramp, “Türkiyə əla və çox güclü bir ölkədir. Möhtəşəm bir orduları var, çox böyük və güclü bir ordu. Əla avadanlıqlara sahibdirlər” qiymətləndirməsində bulundu.