Rusiya: Ukraynanın hücumlarında 9 gündə 86 mülki şəxs həlak olub
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, 15-24 iyul tarixləri arasında Ukrayna qüvvələri tərəfindən həyata keçirilən hücumlarda 86 rus mülki şəxsin həlak olduğunu, 409 nəfərin isə yaralandığını bildirdi.
Checkout
#054283

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, keçirdiyi mətbuat konfransında Ukraynanın hücumlarındakı mülki itkilərlə bağlı açıqlamalar verdi. Zaxarova, 15-24 iyul tarixləri arasında Ukrayna qüvvələri tərəfindən həyata keçirilən hücumlarda 6-sı uşaq olmaqla 86 mülki şəxsin həlak olduğunu, 12-si uşaq 409 nəfərin isə yaralandığını bildirdi. Zaxarova, Qərb ölkələrinin təmin etdiyi silah tədarükləri ilə Ukraynanın mülki şəxslərə qarşı hücumlarını aktiv şəkildə təşviq etdiyini iddia edərək, heç kimin baş verənlərdən xəbərsiz olduğunu iddia edə bilməyəcəyini qeyd etdi.