Yaponiyanın Kyushu Adasındakı Kumamoto əyalətində 7.1 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyi, Kyushu Adasındakı Kumamoto əyalətində 7.1 bal gücündə təkan qeydə alındığını açıqladı. Rəsmilər, təkanın ardından sunami xəbərdarlığı edərək, sahil bölgələrində yaşayan vətəndaşlardan təcili olaraq təhlükəsiz ərazilərə keçmələrini istədi. Yaponiya hökuməti, Kumamoto, Nagasaki, Kagoshima, Fukuoka, Saga, Oita və Miyazaki başda olmaqla zəlzələdən təsirlənən bölgələr üçün təcili xəbərdarlıq yayımladı. Bölgədə artçı təkan riskinin davam etdiyi qeyd edilərək, vətəndaşlara ehtiyatlı olmaları çağırışı edildi.