Fransada davam edən yanğın səbəbindən daha 4 min nəfər təxliyə edildi
Fransanın Lacanau istirahət bölgəsində 4 min nəfərin yanğın riski səbəbindən təxliyə edildiyi bildirildi.

Fransanın cənub-qərbindəki Gironde bölgəsində təxminən 1 həftədir davam edən yanğın səbəbindən daha 4 min nəfər ehtiyat tədbiri olaraq təxliyə edildi. Gironde Valiliyindən verilən açıqlamada, Gironde-a bağlı Lacanau istirahət bölgəsindəki düşərgələrdə, kəndlərdə və əyləncə mərkəzlərində qalan 4 min nəfərin yanğın riski səbəbindən təxliyə edildiyi bildirildi. Rəsmilər, 2 mindən çox yanğınsöndürənin yanğına havadan və qurudan müdaxiləsinin davam etdiyini açıqladı.